“WhatsApp” milyonlarla istifadəçinin gözlədiyi yenilikləri təqdim etməyə hazırlaşır.
“WhatsApp” istifadəçiləri yaxın günlərdə maraqla gözlədikləri yeniliklə qarşılaşacaqlar. Son bir neçə ay ərzində beta platformasında görülən bu xüsusiyyət istifadəçiləri sevindirəcək. Şirkətə yaxın mənbələrə əsasən verilən məlumata görə, tezliklə təsadüfən göndərilən mesajları, silmək, yəni geri qaytarmaq mümkün olacaq. Hal-hazırda “WhatsApp”ın bu xüsusiyyəti Android və iOS cihazlarında test edilir. Bu yeni xüsusiyyətlə istifadəçilər kiməsə bilməyərəkdən göndərdikləri mesajları asanlıqla silə bilərlər. Silinmiş mesajlardan sonra “bu mesaj silinib” xəbərdarlığı qalacaq.(aznews.az)




