"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BNA-dan xüsusi tapşırıq

18 Sentyabr 2017 - 09:20
in CƏMİYYƏT

Bakıda şəhərdaxili marşrut avtobuslarında bəzi ünvanlar köhnə adlarla göstərilir. Bəzi avtobuslarda marşrut lövhələrində “Semaşko”, “Eksperimentalnıy”, “Valadarka” və sair adlar yazılıb. Bu isə sərnişinlər arasında çaşqınlıq yaradır. Həmin yer və obyekt adlarının dəyişdirilməsinə baxmayaraq, belə ünvanlar hələ də avtobuslarda yer adları kimi qalır. Nəticədə həmin ünvanları yeni adlarla tanıyanlar üçün problem yaranır.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, belə hallar vətəndaşların ünvanları səhv salmasına, sürücü və sərnişin arasında mübahisə və digər hallara səbəb olur:

“Bakı şəhərində bütün marşrut avtobusları üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən təsdiq olunmuş hərəkət sxemi var. Həmin sxemdə bütün dayanacaqların adları göstərilib. Avtobuslarda yer və ünvan adları həmin sxemə uyğun göstərilməlidir. Avtobuslarda bu adların həmin sxemdən fərqli göstərilməsi Bakı Nəqliyyat Agentliyinin təsdiq etdiyi sxemin pozulmasıdır. “Semaşko” adlı Bakıda obyekt yoxdur. Xəstəxananın adı indi Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasıdır. Gənclər bəzi hallarda “Semaşko”nun hara olduğunu bilmir, bu barədə məlumatı yoxdur. Avtobus sürücüləri, daşıyıcılar deyə bilər ki, yaşlı insanlar həmin obyektləri və yerləri köhnə adlarla tanıyır. Amma həmin yerlər indiki adları ilə göstərilsə, bundan çox az sərnişin əziyyət çəkər və tədricən yeni adlar tanınar”.

Ə.Hüseynov qeyd edib ki, bu məsələyə Bakı Nəqliyyat Agentliyi (BNA) müdaxilə etməlidir: “Əslində, Bakı Nəqliyyat Agentliyi daşıyıcılardan bunu tələb etməlidir və tələb edir də. Lakin daşıyıcılar özləri bildiyi kimi hərəkət edirlər. Hazırkı situasiya görülən inzibati tədbirlərin lazımi nəticə vermədiyini göstərir”.

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev isə Trend-ə bildirib ki, belə problemlər var və onların aradan qaldırılması üçün tədbirlər görülür:

“Bakı Nəqliyyat Agentliyi dayanacaqlar və avtobuslardakı məlumat lövhələrində məlumatların, ünvan adlarının mövcud adlarla yazılmasının tərəfdarıdır. Köhnə adlarla ünvan göstərilməsi Agentlik tərəfindən də qəbul edilmir, bu, doğru deyil. Dayanacaqlarda, avtobus lövhələrində ünvanların, dayanacaq adlarının mövcud adlarla göstərilməsi istiqamətində işlər aparılır. Məsələn, keçmiş “Sovetski” kimi tanınan ərazidə aparılan abadlıq-quruculuq işləri nəticəsində yeni salınan yollardakı dayanacaqlarda yeni adlarla məlumat lövhələri yazılıb. Avtobusların üzərindəki məlumat lövhələrinin dəyişdirilərək həmin adlarla yazılması barədə daşıyıcılara xüsusi tapşırıqlar verilib və bu istiqamətdə tədbirlər davam etdirilir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əhalinin iki milyard manata yaxın gecikmiş krediti var

Next Post

Bakıda kütləvi dava – 2 gənc bıçaqlandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda kütləvi dava - 2 gənc bıçaqlandı

Bu günün hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.