Yaxın zamanlarda Ermənistanda heyvandarlıq sahəsində katastrofik situasiya gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Aqrar Kəndçi İttifaqının rəhbəri Qraçya Bərbəryan söyləyib.
“Bu il quraqlıq ucbatından ölkənin ot ehtiyatları böyük həcmdə azalıb. Ot presinin birinin qiyməti keçən il 500-600 dram olduğu halda, bu il 2000-2200 drama yüksəlib. Payızda kütləvi qırğın olduğuna görə ətin qiyməti bir qədər azalacaq, lakin yazda ətin qiyməti 5000 drama çatacaq”, – deyə o bildirib.




