"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu ərazidə ev tikənlərin nəzərinə — TƏHLÜKƏLİDİR

26 Sentyabr 2017 - 11:42
in CƏMİYYƏT

Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb.

Elchi.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır.

Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.

N.Paşayev ətafında insanların yaşadığı vulkanlara misal kimi “Bozdağ Hökməli”, “Axtarma Qaradağ”, “Keyrəki”, “Bozdağ-Güzdək” , “Səngi-Muğan”ı və s. göstərib:

“Əslində, insanlar özləri də bilmədən odun üstündə ev tikir, məskunlaşırlar. Əhali yaddan çıxarır ki, palçıq vulkanları hansı təhlükəli hadisələr törədə bilər. Bu baxımdan əhalinin maariflənməsinə çox ehtiyac var”.

N.Paşayev qeyd edib ki, Keyrəki, Ceyranbatan su anbarının ətrafında yerləşən “Keçəldağ” vulkanı da fəaliyyətdə olan vulkanlardır.

Şöbə müdiri əlavə edib ki, Bakı-Sumqayıt magistral yolunun kənarındakı Xırdalan qəbiristanlığı “Zigilpiri” palçıq vulkanının üzərində yerləşir: “Həmin ərazidə də məskunlaşma çox geniş yayılıb. Yaxud Pirəküşkül qəsəbəsində Bakıdan Pirəşüklə gedən magistral yolun sol tərəfi bütünlüklə palçıq vulkanıdır. Orada hər yerdə püskürmüş palçıq vulkanlarının axınlarını görmək olar”.

N.Paşayev qeyd edib ki, neft-qaz çıxan ərazilərdə də çoxlu palçıq vulkanları var: “Palçıq vulkanları əslində ərazidən neft-qazın çıxmasını göstərən ən mühüm göstricilərdən biridir. O, barometr rolunu oynayır. Məskunlaşma zamanı bu, mütləq nəzərə alınmalıdır”.

N.Paşayevin sözlərinə görə, palçıq vulkanlarının ətrafında xüsusi mühafizə bəndləri çəkilməli, məskunlaşma məhdudlaşdırılmalıdır.

Xatırladaq ki, bu yaxınlarda Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması hələ 10 il əvvəl açıqlanmışdı. Lakin bütün bunlara baxmayaraq, bu ərazidə evlər tikilib.

Ə.Qaralov bildirib ki, vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatların yaranması prosesi başa çatmayıb, yəni proses aktiv fazadadır:

“Əgər yağışlar başlasa, sürüşmə prosesi daha da aktivləşəcək”.

Bu il iyunun 12-də “Keyrəki” palçıq vulkanında da püskürmə baş verib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu günə gözlənilən hava şəraiti

Next Post

43 yaşlı kişi özünü güllələdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

43 yaşlı kişi özünü güllələdi

10 yaşlı uşaq itkin düşdü - Bakıda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.