"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

REAL partiyaya çevrilir, sədri isə olmayacaq

27 Sentyabr 2017 - 08:37
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı gələcək planlarını açıqladı

Respublikaçı Alternativ Hərəkatı (REAL) oktyabrda qurultay keçirəcək. Bundan sonra təşkilat hərəkat kimi yox, partiya kimi fəaliyyət göstərəcək. Bu barədə “Yeni Müsavat”a danışan təşkilatın idarə heyətinin üzvü Azər Qasımlı bildirib ki, 24 sentyabrda keçirdikləri toplantıda Respublikaçı Alternativ Partiyasının I Təsis Qurultayının 2017-ci il oktyabr ayının 29-da keçirilməsi qərarı verilib: “Hazırda qurultaya hazırlıq işləri gedir və 29 oktyabrda qurultayımızı keçirməyi düşünürük.

Qurultayda REAL hərəkatı buraxılacaq və onun idarə heyətinin fəaliyyətinə xitam veriləcək. Keçiriləcək olan qurultayda böyük ehtimalla sədr seçməyəcəyik. Partiyanın təşəbbüs qrupunun nizamnamə layihəsinə görə partiyanın sədri qurultayın seçdiyi Məclis tərəfindən seçiləcək. Yəni bizim düşündüyümüz struktur bu gün Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların strukturundan tamamilə fərqlidir. Biz partiyamızda parlament respublikası tipli bir sistem qurmağı planlaşdırırıq. Partiya Məclisini isə parlament respublikasında, parlamentin yeri və funksiyası nədirsə, o şəkildə yaratmağı fikirləşirik. Buna görə də sədr qurultay tərəfindən deyil, partiyanın Məclisi tərəfindən seçiləcək”.

A.Qasımlı bildirib ki, sədrin İlqar Məmmədov olma ehtimalı çox yüksəkdir: “Hazırda elə yeganə namizəd də İlqar Məmmədovdur. Hələ ki başqa namizəd yoxdur, ancaq növbəti günlərdə ola bilər. Demokratik prosesdir və əgər namizəd çıxarsa onlar, öz güclərini yoxlaya bilərlər. Üzvlərə gəlincə isə onu qeyd edim ki, ümumiyyətlə, REAL hərəkatının üzvləri yoxdur. Sadəcə olaraq, partiya təşəbbüs qrupunun üzvləri var. Yəni kimlər partiyaya keçmək istəyirlərsə, onların hamısı Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupunun üzvləri olublar. Qurultaydan sonra isə partiya üzvləri kimi fəaliyyətlərinə davam edəcəklər. İnsanların 99 faizi REAL hərəkatına deyil, partiya təşəbbüs qrupuna üzv olublar. Hazırda saytımız vasitəsilə üzvlüyə müraciət etməkdə hər hansı bir problem yoxdur”.

Image result for Azər Qasımlı

Həmsöhbətimiz söyləyib ki, partiyanın rəsmi qeydiyyatı barədə də düşünürlər: “Rəsmi qeydiyyat belədir ki, partiya qurultay keçirdikdən sonra 1 ay ərzində qanunda nəzərdə tutulan sənədləri toplayıb, Ədliyyə Nazirliyinə müraciət etməlidir. Biz də eyni şəkildə oktyabrın 29-dan sonra 1 ay müddətində Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ancaq bir məsələni də qeyd edim ki, bizim üçün qeydiyyat önəmli deyil. Bizim istədiyimiz odur ki, partiyamız öz qurultayını keçirsin, təsis olunsun, onun əsas idarəedici orqanları-Məclis, Nəzarət Təftiş Komissiyası seçilsin və işlək bir mexanizm olsun. Əsas istədiyimiz budur. Təbii ki, Azərbaycanın bütün bölgələrində yerli təşkilatlarımızın olması da məqsədlərimiz sırasındadır. Qeydiyyatdan keçirməsələr, biz bu məsələ uğrunda da mübarizəmizi aparacağıq. Yəni məhkəməyə müraciət edəcəyik. Partiya təsis olunmadığı üçün hələ qərargahımız da yoxdur”.

A.Qasımlı partiya yarandıqdan sonra onların digər siyasi partiyalarla hansı müstəvidə münasibət quracaqları barədə də danışıb: “Digər partiyalarla münasibət, ölkədə yaranmış və yaxud da yaranacaq vəziyyətə adekvat olacaq. Hər halda, indiki mərhələdə hansısa bir partiyalarla blok birliklər şəklində fəaliyyəti qənaətbəxş hesab etmirik. Belə bir düşüncəmiz, fikrimiz yoxdur. Lakin hansısa məsələlərin müzakirəsində ikitərəfli görüşlərimizin olması mümkündür. Məsələn, ölkədəki vəziyyət, Qarabağ problemi və digər bu kimi məsələlərlə bağlı müzakirələr aparmağımız təbii ki, ola bilər. Lakin konkret olaraq birlik barədə düşünmürük. Seçkilərə gəlincə isə deyim ki, bu barədə də hələ ki konkret düşüncəmiz yoxdur. Çünki bizim əsas və yeganə namizədimiz olan İlqar Məmmədov həbsdədir. Gözləntimiz isə budur ki, İlqar bəy həbsdən çıxacaq, məhkəmə vasitəsilə bəraət alıb, seçkilərdə iştirak imkanı əldə edəcək. Əgər bu olsa, təbii ki, seçkilərdə təkbaşına iştirak etməyi düşünürük. Ancaq bu olmasa, o zaman vəziyyətə uyğun olaraq qərar verəcəyik”.
Qeyd edək ki, REAL-ın sədri İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı hadisələri ilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar – “Ərizəni yaz, xoşluqla get”

Next Post

Azərbaycanda yaxınlaşan seçki ili – Qərbdən müdaxilə olacaqmı?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda yaxınlaşan seçki ili - Qərbdən müdaxilə olacaqmı?

Saatlıda 4 otaqlı ev yanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.