İsmayıllıda dəhşətli qəza – 7 nəfər öldü

>

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

Bunu da oxuyun

Elchi.az FHN-nə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728