Şimali İraq Kürd Muxtariyyatının baş naziri Neçrivan Bərzani referendumdan sonra yeni açıqlama verib. |
Bərzani deyib: “Keçirilən referendumun Türkiyənin milli təhlükəsizliyinə təhlükə olaraq qəbul edilməsini istəmirik. Türkiyə ilə münasibətlərimiz uzunmüddətlidir və davam edəcək. Qətiyyən sərhədləri dəyişdirməyəcəyik. Sərhəd olduğu kimi qalacaq. Türkiyə ilə dialoqu genişləndirmək istəyirik. Türkiyə bizim xaricə açılan qapımızdır. Bölgədə sabitlik faktoru olacağıq”.
Bərzani Bağdad ilə məsələni dialoq yolu ilə həll etmək istədiklərini bildirib: “Müharibəyə səbəb olacaq bir müstəqillik istəmirik. Bağdad ilə dialoq vasitəsilə həll istəyirik”.(Ölkə.Az)