Liviyada kütləvi məzarlıq tapılıb. Paytaxt Binqazi də tapılan məzarlıqda azı 80 nəfər basdırılıb.
Teleqraf.com xəbər verir ki, Binqazi təhlükəsizlik idarəsinin saytında yayılan xəbərə görə, kütləvi məzarlıq şəhərin şimal hissəsində Kanfud bölgəsində tapılıb.
Qeyd edilib ki, kütləvi məzarlıqda basdırılan insanların şəxsiyyəti müəyyən edilməyib. Hazırda faktlar ölkənin Baş Prokurorluğuna təqdim edilib. Və bundan sonrakı vəziyyəti prokurorluq araşdıracaq.
Yerli mənbələr isə ehtimal edir ki, Liviya vətəndaş müharibəsi başlayan zaman bölgədə çoxsaylı silaghlı qruplar fəaliyyət göstərib və məzarlıq da onlardan birinə məxsus ola bilər.



