ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) rus dilini bilən mütəxəssislər axtarır.
Teleqraf.com xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi özünün Tvitter səhifəsində bununla bağlı elan verib.
CİA-nın elanı olduqca diqqət çəkir:
“Rus dilində danışırsınızmı? Universitet məzunusunuzmu, Milli təhlükəsizliklə bağlı narahatsınızmı? Burada bacarıqlarınıza ehtiyacımız var…”
Elanda “həqiqəti ortaya çıxarmağa çalışırıq” ifadəsi də yer alıb.
Mütəxəssislər isə hesab edirlər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin “Rus işini” araşdırdığı bir mərhələdə rus dilini mükəmməl bilən gənc insanları axtarması təsadfi deyil.



