"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xəzərin səviyyəsi 3 metrədək qalxacaq — Bəzi ərazilər su altında qala bilər

02 Oktyabr 2017 - 12:23
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3 metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır”.

 Elchi.az xəbər verir ki, bunu lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, iqlim dəyişmələrinin işartıları görünür,  proses artıq başlayıb. Getdikcə güclü yağıntıların həm gücü, həm də başvermə tezliyi artacaq: “İndi güclü yağıntılar 10 ildən bir baş verirsə,  gələcəkdə 5 ildən  bir və ya daha tez-tez baş verə bilər. Yəni  2010-cu  ildə 3 rayonu su basdısa, gələcəkdə 4-5 rayonu su basa bilər və s. Yağıntılar həm fəsillər, həm də ərazi üzrə qeyri-bərabər paylanacaq. İndiki qlobal iqlim yaralı vəhşi heyvana bənzəyir. Xəzərin su toplama hövzəsinin sahəsi təxminən  4 milyon kvadrat kilometrə qədər  ərazini əhatə edir.   Ən bərəkətli torpaqlar belə suyun altda qalanda məhsul vermə qabiliyyətini itirir, keyfiyyətsizləşir, rütubətlənir, şoranlaşır.  Ölkəmizin ərazilərinin xeyli hissəsi buna məruz qala bilər”.

İsa Əliyev qeyd edib ki, atmosferə buraxılan tullantıların azaldılması yönündə 2030-cu ilə qədər dünya ölkələri, o cümlədən, Azərbaycan öhdəliklər götürüb: “ABŞ, Avropanın inkişaf etmiş ölkələri, Hindistan, Çin, Rusiyaya baxanda, Azərbaycanın tullantıları çox cüzidir. ABŞ-ın yeni prezidenti Donald Tramp deyir, mən belə öhdəlik tanımıram, qəbul etmirəm. Baxmayaraq ki, Barak Obama razılıq vermişdi. Başda ABŞ olmaqla, dünyanın böyük dövlətləri  iri miqdarda  maliyyə vəsaitləri  buraxsalar, bunun qarşısını nisbətən almaq mümkün olacaq. Ancaq indiki tendensiya göstərir ki, inkişaf etmiş ölkələr bu sahədə böyük maliyyə vəsaitləri ayırmaqda  çətinlik çəkirlər. 2030-cu ilə qədər bu, artan xətt üzrə gedəcək.  Bu məsələdə həm tarixi, həm də indiki məsuliyyəti daşıyan inkişaf etmiş dövlətlərin problemlərin həllinə  etinasız yanaşması, problemin həllini   daha da çətinləşdirir”.

O, Xəzər dənizinin 1977-ci ildən 1995-ci ilə qədər 2.5 metr qalxdığını qeyd edib. “Bu zaman dövlətə 2 milyard ABŞ dollarından çox ziyan dəyib. Xəzər 2030-cu ilədək 1-1.5 metr qalxa bilər”.

Hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyasının 75 ilə quruya biləcəyi haqda məlumatlara gəlincə, İ. Əliyev Xəzər dənizinin qurumasının yox, artmasının gözlənilən olduğunu deyib: “Xəzərin səthindən buxarlanma böyük su sərfidir. Ancaq yağıntıların xarakteri dəyişib, ildə 2-3 dəfə güclü yağıntı düşəndə balans pozulacaq. Gələn su buxarlanmadan artıq olacaq, Xəzərin səviyyəsi qalxacaq. Aral dənizi qurudu deyə, elə deyirlər. Aral suyunu Sırdərya və Amudərya çaylarından alırdı. Bu çaylardan böyük pambıq plantasiyalarının suvarılmasında, böyük su kanallarında istifadə olundu. Qalan su da buxarlandı”.

Qeyd edək ki, Rusiya mediasında amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialı dərc edilmişdi. “Geophysical Research Letters” jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə, bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Parlamentin payız sessiyasının ilk iclası başladı

Next Post

Neft Fondu hərraclarda 252,2 milyon dollar satıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post

Neft Fondu hərraclarda 252,2 milyon dollar satıb

DİN əməliyyat keçirdi - Marixuana, tiryək...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.