“QAZ 24”dən 8380 siqaret çıxdı

Bunu da oxuyun

>

“Sınıq Körpü” gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “QAZ 24” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilən saxlanc yerindəki pərdənin arxasından gömrük nəzarətindən gizlədilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 8380 ədəd üzərində “Sakurorto” yazısı olan siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728