
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov təhsil sahəsində çalışan bir qrup şəxsə “Əməkdar müəllim” fəxri adını verilməsi haqqında sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, Naxçıvan MR-da təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə, Allahverdiyeva Zenfira İsa qızına, Babayev Baba Mahmud oğluna, Məhərrəmova Esmira İbrahim qızına və Mustafayeva Yeganə Əbülfəz qızına “Əməkdar müəllim” fəxri adı verilib.



