
Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ-nin raket və kosmik proqramının analizini əks etdirən 59 sənədin və 440 səhifənin məxfiliyini götürüb. Kəşfiyyat İdarəsi bildirir ki, tədqiqatlar Sovet İttifaqının Yerin ilk süni peykini buraxdıqdan sonra aparılıb.

Peykin ilk buraxılışının 60 illiyində, MKİ əvvələr “Sputnik” proqramı üzrə dərc olunmayan sənədlərin icmalını buraxıb. İdarənin saytında deyilir ki, icmala 1955-1960-cı illərin sovet proqramlarının analizi və MKİ-nin kəşfiyyat məlumatları daxil edilib.
MKİ tərəfindən dərc olunan materialların içərisində sovet alimlərinin kosmik tədqiqatları haqqında ABŞ-ın 34 – cü prezidenti Devid Eyzenhauerə göndərilmiş məruzələr də var.
Qeyd etmək lazımdır ki, Sovet İttifaqının 4 oktyabr 1957-ci ildə yerətrafı orbitə ilk peykin buraxılması, kosmik yarışmanın başlanğıcı kimi tarixə düşüb. ABŞ kosmik tədqiqatları sürətləndirsə də, kosmosun fəth edilməsindəki sonrakı nailiyyətlər də SSRİ-yə məxsusdur. 3 noyabr 1957-ci ildə Moskva orbitə “Sputnik-2”-də ilk canlını – “Layka” adlı iti göndərdi. ABŞ-ın ilk peyki isə kosmosa yalnız 1958-ci ilin fevralında qalxdı.



