Binəqədi yolunda son vəziyyət – Fotolar

>

Mehdiabad – “Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində çuxura düşüb.

Bunu da oxuyun

Elchi.az Milli.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan “göl”ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Sərnişinlər məcbur qalaraq suyun içinə düşüblər.

Hadisə şahidlərinin dediyinə görə, batan avtobusdan sərnişinlər “Qazel” vasitəsi yolun quru hissəsinə daşınıb.

Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq ərazidə su çəkilmir, yolun gediş-gəliş üçün asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə maşın qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728