"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SAXTA VƏTƏPƏRVƏRLİK – ORDUMUZA YABANÇI “SEVGİSİ”

09 Oktyabr 2017 - 18:49
in CƏMİYYƏT

Xaricdə yaşayan bəzi həmvətənlərimizin Azərbaycan Ordusu ilə bağlı apardığı qara piar kampaniyası ölkəmizə qarşı törədilən növbəti təxribat hadisəsidir. Bu təxribat düşmənlə üst-üstə düşən mövqeyi ilə daha çox Vətənə xəyanət səviyyəsində yadda qalır. Yad diyarlarda, isti otaqlarda əyləşib soyuq səngərlərdə yurdun keşiyini çəkən hərbçilərimizi hədəfə almaq, əslində, düşmənlə bir masanı, bir məqsədi bölüşmək deməkdir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bütün bunlar adama istər-istəməz 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərini xatırladır. Azərbaycan Ordusunun yaradılması zərurəti haqqında gedən kəskin diskussiyalar bir sıra xarici ölkələrin yerli emissarları tərəfindən daha çox ümidsizliyə doğru yönləndirilir, Silahlı Qüvvələrin təşkili məsələsinin qeyri-mümkünlüyü haqqında süni mənfi rəy formalaşdırılırdı. Məqsəd Azərbaycanı təpədən-dırnağadək silahlanmış düşmənlə əliyalın qarşı-qarşıya qoymaq və maraqları toqquşan xarici dövlətlərin diqtəsilə oturub-durmağa vadar etmək idi.

Hələ sovetlər dönəmində hərbi xidmətə yollanan azərbaycanlı gənclərin mütləq əksəriyyətinin bir qayda olaraq tikinti taborlarına göndərilməsi, bu taborlarda xidmətə marağın qəsdən artırılması və ictimai rəydə aparıcı mövqeyə çevrilməsi imperiya metropoliyasının əsas siyasi xətti kimi müəyyənləşdirilmişdi. Bütün bunlar o dövrlərdə şüurlu şəkildə həyata keçirilən boyunduruq siyasətinin ilk baxışdan gözə çarpmayan gizli, ancaq son dərəcə təhlükəli uzantısı idi. Şirnikləşdirilmiş insanlar öz övladlarını döyüş hərbi hissələrindən çox, inşaat bölüklərində görmək istəyirdilər. Bura onlardan ötrü əsgər balalarının daha təhlükəsiz, daha rahat, daha sakit, daha “maraq”lı xidməti üçün ən münasib yer sayılırdı. Tarixin gözlənilməz və amansız “sürpriz”ləri haqqında fikirləşmək isə hələ heç kimin ağlına gəlmirdi…

Həmin dövrlərdə Azərbaycanı gözləyən təhlükə gözübağlı xalqın kor-koranə üçuruma doğru addımlaması qədər böyük idi! Belə bir vaxtda pespublikaya rəhbərlik edən və öz siyasi-ictimai, şəxsi nüfuzuna görə həmişə ön cərgədə addımlayan Heydər Əliyev gələcəyin ilğım təsəvvürlərilə real mübarizəyə atıldı. Bu, sovet imperiyasının şovinist rəhbərliyilə fikir ayrılığı üzündən qarşı-qarşıya gəlmək, həm siyasi, həm də şəxsi nüfuzunu risq altında qoymaq demək idi.

Ancaq Heydər Əliyev özünün tutarlı faktları, əsaslandırılmış fikirlərilə böyük bir siyasi ordunu haqlı olduğuna inandıra bildi və bərkimiş ideoloji baryeri yardı. Nəticədə məhz onun təşəbbüsü ilə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sonradan həm bu liseydə, həm də Bakı Ali Hərbi Komandirlər Məktəbində istər rəhbər, istərsə də kursant heyətilə maraqlanan Heydər Əliyev, buradakı azərbaycanlı hərbçilərin sayca çox az olmasını görmüş, dərhal say nisbətinin xeyrimizə dəyişdirilməsi haqqında göstəriş vermiş və bunu şəxsi nəzarəti altında saxlamışdı.

Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində həmin illərdə hərbi məktəbləri bitirən məzunlar sonradan Ordumuzun yaradılmasında müstəsna rol oynadılar. Ordumuz həm də bu qəhrəman hərbçilərimizin fədakarlığı hesabına formalaşdı və ayağa qalxdı. Onun keçdiyi əzablı yollar doğula-doğula döyüşmək, döyüşə-döyüşə böyümək kimi ağır bir missiyanı özündə ehtiva edir. Bu çətin və keçilməz yolda ləyaqətlə addımlayan Azərbaycan Ordusu indi çoxlarının köks ötürdüyü, görmək və tanımaq istəmədiyi danılmaz gücdür. Çünki həyatının bütün sahələrində qazandığı uğurlara görə ən yaxın rəqiblərini dəfələrlə üstələyir.

Bu gün yad torpaqlarda, isti, rahat otaqlarda oturub düşmənə vəkillik edənlər Ordumuza çamur atmaqla öz torpağını qoruyan Azərbaycan Əsgərinə can yandırdıqlarını düşünməsinlər. Bizim Əsgərin düşmən kürkünə bürünmüş yabançı sevgisinə ehtiyacı yoxdur. Ona arxa-dayaq duran Xalqı var, Dövləti var! Azərbaycan Ordusu bu Xalqın, bu Dövlətin Sevgisindən doğulub. Əsl sevgi isə həmişə böyük olur…

İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dolların məzənnəsi açıqlandı

Next Post

Bu il minlərlə ailə yeni evlərlə təmin olunacaq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bu il minlərlə ailə yeni evlərlə təmin olunacaq

“Azercell”dən abunəçilərə xəbərdarlıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.