
16-18 oktyabr tarixlərində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti Azərbaycana gələn 14 ABŞ şirkətindən ibarət olan Ticarət Missiyasına rəhbərlik edəcək. Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.
Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyanın Müşaviri Vilyam Çaykovski və Xarici Özəl İnvestisiya Korporasiyasının İcraçı Direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ Səfiri Robert F. Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞinvestisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcək.



