"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerikanın “The Hill” qəzeti: “Ermənistan həmişə təcavüzkar olub”

13 Sentyabr 2014 - 21:56
in MANŞET

Amerikanın nüfuzlu “The Hill” qəzeti ABŞ Azərbaycanlıları Şəbəkəsinin hərbi analitiki Denis Caffenin b2aa5c552135fa47cb909fedd6f1f8e4“Ermənistan həmişə təcavüzkar olub” sərlövhəli məqaləsini dərc edib

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

AzərTAc-ın verdiyi xəbərə görə, bu yazı ABŞ-ın erməni təşviqatı və təbliğatının “yeni peyda olmuş ulduzu”, oxucuları çaşbaş salmağa cəhd göstərən Mark Ditsenin məqaləsinə cavabdır. D.Caffe yazır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Azərbaycanın Qarabağ regionunda 800 min azərbaycanlıya qarşı etnik təmizləmə aparması faktı fakt olaraq qalır və bu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə – 822, 853, 874, 884 saylı qətnamələrlə təsdiqlənib.

 

O qeyd edir ki, suveren ölkələrin separatçı regionlarında – Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Donbasda olduğu kimi, ermənilər də Azərbaycan ərazisində oyuncaq rejim yaradıblar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin analitiki bildirir ki, Azərbaycanı “təcavüzkar” kimi qələmə vermək cəhdləri uğursuz olub. Belə ki, bu, həqiqətə uyğun deyil. Əksinə, Ermənistan rəhbərliyi daim Azərbaycana qarşı düşmənçilik edir.

 

Müəllif yazır ki, məsələn, avqustun 7-də Ermənistanın müdafiə naziri Mingəçevir su anbarına potensial hücum barədə azğın bəyanat verib; 2012-ci il noyabrın 8-də prezident Serj Sarkisyan “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə demişdi ki, Ermənistan Azərbaycana “qeyri-proporsional” ağır üsulla hücum edir. 2012-ci ilin oktyabrında isə general Artak Davtyan hədə-qorxu gəlib bildirmişdi ki, “Ermənistanın silahlı qüvvələri düşmənin 300 kilometr və daha uzaq radiusda yerləşən strateji və iqtisadi obyektləri ilə yanaşı, hərbi hissələrinə də raket zərbəsi endirə bilər”. D.Caffe yazır: “Buna görə də Ermənistan azğın bəyanatlar verməkdə “şöhrət” qazanıb”.

 

Analitik qeyd edir ki, Ermənistan Raket texnologiyalarına nəzarət rejimi qarşısında qəbul etdiyi öhdəlikləri pozaraq qeyri-qanuni yolla “SCUD-B” (“P-11”) ballistik raketləri və bəlkə də “İskander-M” (“SS-26 Stone”) raketləri alıb.

 

D.Caffe Azərbaycan haqqında M.Diksenin yalan bəyanatlarını təkzib edərək yazır ki, Azərbaycana hərbi yardım göstərilməsini qadağan etmiş 907-ci düzəlişin qüvvəsi 2002-ci ildə dayandırılıb və o vaxtdan indiyədək Azərbaycan ABŞ-dan “Humvee” hərbi maşınlarından tutmuş keşikçi katerlərə və radarlaradək müxtəlif hərbi avadanlıq alıb. Hazırda Amerikanın bir neçə hərbi firması Bakıda keçirilən “ADEX 2014” müdafiə sənayesi sərgisində iştirak edir.

 

Məqalədə daha sonra deyilir ki, ABŞ Ermənistana qarşı sanksiyalara hazırlaşırdı. Belə ki, Ermənistanın Avropadan silah alıb onu qeyri-qanuni yolla İrana satması məlum olub. Sonradan İraqa gedib çıxmış bu silahdan Amerikanın üç əsgəri yaralanıb və bir əsgəri (Metyu Stroyter) ölüb. Ermənistan rəhbərliyi və xüsusən də Ermənistan prezidenti ətrafında pozuntuların və qalmaqalların siyahısı uzundur.

 

Sonda müəllif yazır ki, erməni lobbisinin pulları Ermənistanın təcavüzkar olması və Azərbaycan ərazilərini işğal etməsi faktını dəyişə bilməz.

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldəniz Quliyev ofisindən çıxarıldı

Next Post

Roma Papası: “Pul və gücə ac olanların bəşəriyyətlə savaşı gedir…”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Roma Papası: “Pul və gücə ac olanların bəşəriyyətlə savaşı gedir...”

"Boko Haram" 100 əsgərini itirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.