Moskvada erməni taksi sürücüsü 100 nəfəri zəhərləyərək öldürüb

>

Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb.

Bunu da oxuyun

Elchi.az Apa-ya istinadən xəbər verir ki, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

KİV-in yazdığına görə, milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola bilər. Onların arasında tanınmış aparıcı Artur Bitov da var.

İstintaq müəyyən edib ki, V. Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edirmiş. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını götürürmüş.

Müstəntiqlər həmin şəxsin yaşadığı mənzildə axtarış aparıblar. Oradan çoxlu sayda mobil telefon, 100-dən çox qol saatı, eləcə də güclü təsirə malik psixotrop preparatlar aşkarlanıb.

Saxlanılan şəxs günahını etiraf edib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728