Bərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib. |
Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.




