"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan ordusu: Zəncirin sın(dırıl)mış halqaları…

25 Oktyabr 2017 - 18:41
in MANŞET, MÖVQE

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Zəruri ön söz

Torpaqlarımızı geri qaytaracağımıza ürəkdən inananlar zamanın yazılmamış qanunlarını səhnə önünə daşıyanlardı.

Yazılmış qanunlar ayaq altına atılanda bu insanların fədakarlığı böyük idellara, böyük məqsədlərə həyat verən ən etibarlı gücə çevrilir.

Belələrinin yeraltı çaylar kimi kükrəyən inadkarlığı əlahəzrət tarixin saralmış səhifələrindən ədalətin təntənəsi kimi oxunur və bəşəriyyətə olacaqların gizli mahiyyətini anladır: bütün haqsızlıqların qələbəsi ötəridi!..

Qeyri-müəyyənlik, mücərrədlik və nağıla meylli ruh tarixin  möcüzəyə bənzər çox həqiqətlərini reallığa çevirib; inam və şübhə, sevgi və nifrət, qələbə və məğlubiyyət  arasındakı yolu tanıdıb: zamanın yazılmamış qanunlarını səhnə önünə daşıyanların yoludu bu…

Aprel döyüşləri

Xalqın bərkimiş xarakterini, mənindəki gücünü tarix həmişə yaşam haqqı kimi dəyərləndirib, istinad nöqtəsi kimi tanıyıb.

Etirafın və özünütəsdiqin ən böyük ünvanı ideya və ideallarla yüklənmiş insanlardı. Onların sözü tarixdən, tarixin sözü onlardan keçir…

Burada hər şey olduğu kimidi. Burada hər şey realdı.

Budur, biz indi yalançı vətənpərvərliyin,  süni xalq və torpaq sevgisinin küncə sıxışdırıldığı yerdə dayanmışıq. Söhbət şübhəni inama, nifrəti sevgiyə, ölümü həyata çevirən Aprel qəhrəmanlarından gedir…

Ən böyük etirafımız bu qəhrəmanların misilsiz  rəşadəti qarşısında əbədi ehtiramımızdan başlayır.  Səngər yoldaşlarını qorumaq naminə sinəsini düşmən qumbarasına sipər edən, döyüşə-döyüşə son nəfəsinədək yaralı silahdaşını yalqız buraxmayan, polad iradəsilə polad tanklara cığır açan Azərbaycan əsgərinin hökmüdü bu…

Onun tarixi missiyası hətta yad torpaqlara göz dikmiş düşmən ordusunu  geri oturtmaq qədər böyük çərçivəyə sığmır. Yağmalanmış yurdundan qovduğu, qanına qəltan etdiyi yabançı erməni quldurları bu əsgərin ən sonda gələn hədəfidi.

Daha böyük idealların, daha böyük məqsədlərin, daha böyük amalların elçisi – zamanında geri dönəcək köçün sarvanıdı O…

O sadəcə döyüşən əsgər deyil!

O döyüşən məqsəddi, döyüşən idealdı, döyüşən amaldı…

Onun qəhrəmanlığı yad torpaqlarda gəbərdilmiş erməni işğalçılarının sayı ilə ölçülməz.

Onun qəhrəmanlığı haqqı tapdanmış, yurdu yağmalanmış bir ulusun azadlıq yanğısıdı, mübarizə yoludu,  mücadilə rəmzidi…

Metitasiya

Aprel döyüşləri cəbhə xəttindən xeyli uzaqda, düşmən düşərgəsində bu gün də davam edir, bu gün də meydan sulayır. Qarşı tərəfin mənəvi-psixoloji durumunu daha ağır, daha sarsıdıcı zərbələrlə sınağa çəkir; günbəgün dərinə işləyən təsirlərilə  toplumda düşüncə ətaləti, fikir ayrılığı, sinir partlayışları, əqli qarşıdurmalar yaradır. Nəhayət, zorla yad torpaqlara göndərilən erməni əsgərlərinin valideynlərini ayağa qalxmağa, mafiyalaşmış iqtidarla haqq-hesab çürütməyə vadar edir…

Köç asta-asta geri dönür, cənablar. Budur, Getaşen rayonunun Varin kəndində Lyuks Stepanyanın dəfninə yığışan qəzəbli kütlə ipə-sapa yatmır, kirimək bilmir; elə ermənilərin özləri tərəfindən öldürülmüş əsgərin nəşini götürərək İrəvana yürüş edir. Yolu kəsməyə çalışan  polis və hərbçilər güclü müqavimətə tab gətirmir, üstəlik , hərbi avtomobillər də dağıdılır və kəskin qarşıdurmalar, etiraz dalğası İrəvanın düz 40 kilometrliyinədək uzanır!..

Əvvəlcə hadisəni ört-basdır etməyə çalışan, sonradan isə əsgərin “təsadüfən” açılan atəş nəticəsində öldüyünü bildirən Ermənistan iqtidarı kütlənin sarsıdıcı həmləsindən polis və ordu bölmələrinin köməyilə zorla canını qurtarır…

Dinc erməni əhalisinin qəzəbi isə soyumur. Çünki Aprel döyüşlərindən sonra ordu rəhbərliyində aparılan dəyişiklər də problemin həlli istiqamətində hansısa yeniliklərlə yadda qalmır.

Əksinə, həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin durmadan artan sayı insanlarda kəskin ruh düşkünlüyü, sayrışan nevroz və davamlı stress yaradır. Çünki kütləvi informasiya vasitələrində əsas müzakirə mövzusuna çevrilən və ictimailəşdirilən bu problem öz əhatə dairəsini küçə söhbətlərindən tutmuş sosial şəbəkələrədək günbəgün genişləndirir. (Təkcə cəbhə zonasında bu ilin ötən dövrü ərzində onlarla erməni hərbçisi həyatını itirib; qeyri-döyüş şəraitində ölənlərin sayı da kifayət qədərdi). Nəticədə qaçılmaz fəsadlar daha böyük problemlərə start verir.

Metitasiya – qarşısıalınmaz kəskin epidemiyaya çevrilmələ əhalinin bütün təbəqələrini özündən asılı vəziyyətə salır.

Budur, “Joxovurd” qəzeti toxunulan məqamla bağlı  hətta hüquq-mühafizə sistemində ciddi narahatlıqlar yaşandığını vurğulayır və tutarlı iddialarla əsas ittiham obyektini tanıdır:

“Ölüm hallarında məsuliyyət daşıyan bir nömrəli şəxs –  müdafiə naziri Vigen Sarkisyan problemi önləmək iqtidarında deyil!”

Digər kütləvi informasiya vasitələrinin də bu kimi ittihamlara dəstək verməsi onları bir növ orkestr halına gətirir və çalınan həyacan təbilinin  səsini ölkənin ən ucqar nöqtələrinədək daşıyır…

“Ordunun içində qırğın gedir” 

Beləliklə, əhalinin Ermənistan iqtidarına etimadsızlığı ordu müstəvisində xroniki potologiyalarla diaqnozlaşdırılır. Problemin həllinə inamsızlıq gələcək proqnozlar üçün yaxşı heç nə vəd etmir. Durmadan artan suallar isə veriləcək cavabların yerini eyni dinamika ilə daraldır. Yaranmış xaos pozuq və rabitəsiz dialoqlarla xarakterizə olunduğu üçün ideya və ideallar  davamlı sarsıdıcı zərbələrə tab gətirmir, mövqeyini itirir.

Nümunə: “Mənim oğlumu öldürüblər və mənə deyirlər ki, ədalət tələb etmə. Belə ölkədə övladlarımızı orduya göndərməyə dəyərmi!!?”

Qətlə yetirilən 19 yaşlı erməni əsgərinin anası Lusine Mxitaryanın haqlı sualı dinc əhalinin əksəriyyəti tərəfindən dəstəklənir: “İntiharlar, əsgərlərin müəmmalı qətli getdikcə artırsa, biz öz övladlarımızı niyə yad torpaqlara, yəni Qarabağa (!) göndərməliyik!.. ”

“Epress” saytı isə diqqəti Mxitaryanın hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilməsilə bağlı daha maraqlı məqamlara yönəldir:

“Aradan bir il vaxt keçir, amma yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışır. Hərbi rəhbərlik  əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü bildirib. Daha sonra ortaya intihar versiyası atılıb.  Əsgərin valideynləri isə onun ermənilər tərəfindən qətlə yetirildiyinə əmindir!”

Göründüyü kimi, məsul şəxslərin qeyri-müəyyən mövqeyi və fərqli yanaşmaları yuxarı eşalonu təmsil edən məmur ordusunun pozuq psixoloji durumu haqqında fikir yürütməyə ciddi əsas verir. Yuxarıların xaotik reaksiyası isə aşağıların mövqeyini daha nizamlı və tutarlı iddialarla möhkəmləndirir.

DİQQƏT: Bu iddialar Ermənistan iqtidarına bir qayda olaraq ordunun simasında etimadsızlıqla ifadə edilir.

Gəlin övlad itkisilə barışmayan Lusine Mxitaryanı bir daha dinləyək:

“Ordunun içində qırğın gedir. Mənim oğlum nə Azərbaycan tərəfindən atılan güllə ilə ölüb, nə də özünü güllələyib. Onu öldürüblər. Mən erməni analarını öz övladlarını orduya göndərməməyə çağırıram. Əgər belə imkan yoxdursa, onda onların taleyini lap əvvəldən həll edin: ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Bu ölkədə orduya övlad göndərmək, onu ölümə göndərmək deməkdi. Çünki Vigen Sarkisyanın başı siyasətə qarışıb. Ölən bizim övladlarımızdı, onlar isə öz keflərindədi!!!”

Ötən günlərdə Ermənistanın Şirak vilayətinin Hastik kəndində əsgər Abas Sloyanın intihar xəbəri də ciddi narazılıqla qarşılanıb. Armavir şəhərində xidmət yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalan A.Sloyan kazarmadan qaçmağa və əmisinin evində  özünü asmağa məcbur olub. Buna bənzər digər hadisə Nubaraşen hərbi hissəsində qeydə alınıb. Əsgər Vardan Melkonyan intihar edib. Ancaq mərhumun yaxınları onun öldürüldüyünü iddia edir. Digər əsgər Suren Armenoviç Mosiyanın ölüm səbəbi isə ümumiyyətlə məlum deyil.

Bütün bunlara görə narazı kütlə Müdafiə Nazirliyi və hökumət binası qarşısında toplaşaraq övladlarını boş yerə ölümə göndərən hökumətin istefasını tələb edib.

Ermənistan ordusu – ətçəkən maşın 

Həmin gün bütün ölkə əhalisinə ünvanlanan çağırış xarakterli bəyanat kifayət qədər ciddi məqamlarla gündəmi silkələyib:

“Balalarımız  müharibədən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar həddinə çatdırılır. Qarabağ onsuz da bizim torpağımız deyil! Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Onları orduya göndərməyin!”

Yeri gəlmişkən, Helsinki Vətəndaş Assambleyasının Ermənistanda fəaliyyət göstərən Vanadzor ofisi də son bəyanatında  əhalinin iddialarına dəstək verib:

“Əsgəri xidmətə göndərilən çağırışçıların əksəriyyəti ya “dedovşina”nın, ya da intiharın qurbanlarına çevrilməkdədi. “Əsgər anaları” ictimai birliyi irəli sürülən iddialarla bağlı ölkə rəhbərliyindən, eləcə də güc strukturlarından hesabat tələb etsə də, açıqlanan statistikanın yalan olduğu bir daha təsdiqlənib”.

Lakin bu da son deyil. Oktyabrın 20-də Aram Xaçatryanın və Qraç Avetisyanın ölümcül yaralananması ilə bağlı 1in.arm saytının rus versiyasında deyilənlər irəli sürülən ittihamları daha aydın və konkret faktlarla möhürləyib.

SİTAT: ”Orduda həyatını itirənlərin yarısından çoxu zəif idarəetmənin, nizamnamədənkənar hərəkətlərin, düşmənçiliyin qurbanıdır. İctimai rəydə Ermənistan ordusu gənc insanların həyatını yeyən ətçəkən maşın kimi formalaşıb. Çünki ordu rəhbərliyi korrupsiyalaşmış sistemi təmsil etmək və Sarqisyan hökumətinin ömrünü uzatmala məşğuldu!”

Son söz əvəzi

Yuxarıda qeyd olunanlar sadalaya biləcəyimiz faktların yalnız kiçik bir hissəsidi. Degenerasiya – daha çox həm zaman, həm də məkan baxımından düşmən düşərgəsində əhatə dairəsinin kəskin daralması ilə stimullaşır.

DİQQƏT!!! Artıq dinc erməni əhalisinin leksikonunda  QARABAĞ YENİ  STATUSDA – YAD TORPAQLAR  SİMASINDA OBRAZLAŞDIRILIR VƏ TƏQDİM OLUNUR.

Şüuraltıdan gələn siqnallar isə bu təqdimatın genetikasını fiksə etmək baxımından müəyyənedici əhəmiyyət daşıyır. Düşmən toplum  səmimi etirafları ilə artıq heç kimdən çəkinmədən Azərbaycan xalqının davamlı və haqlı mübarizə əzminə səhnə önündə, açıq-aşkar dəyər verir: Qarabag torpağının həqiqi sahibi – bu torpaqlardan ötrü canından keçməyə hər an  hazır olan insanlardı!

YƏNİ: Mütənasiblik yeni fazaya – ideya və ideallar arasında itən rabitədən  nəsillər arasında itən rabitəyə etap olunub!

YƏNİ: Aprel döyüşlərinin ilk baxışdan gözə dəyməyən gizli kodları zəncirin sın(dırıl)mış halqaları halında şifrələnib! Bu şifrələr düşmən düşərgəsində səbəbsiz övlad itkisilə xarakterizə olunan mənasız faciələrin daha böyük fasadlara gətirib çıxaracağına əminlik yaradır.

YƏNİ: Qarabağın yad torpaqlar kimi təqdim olunması ideyası dinc erməni əhalisindən ötrü artıq yeganə çıxış yoluna çevrilib!

Erməni lobbisi isə bu ideyaları pulla almaq və özününküləşdirmək iqtidarında deyil!..

P.S. Təkəbbürlü Sarqisyan iqtidarına növbəti  xatırlatma: Sevinməyə tələsməyin! Bu günün necə keçdiyini sabah açılanda biləcəksiniz…

 

 

 

 

 

 

 

 

İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlik “Bad Rabbit” virusundan qorunmağın yollarını açıqlayıb

Next Post

Milli Şuranın mitinqinə icazə verildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Next Post

Milli Şuranın mitinqinə icazə verildi

Adnan Oktar kediciklərinə şah süfrəsi açdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.