
Elchi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Hacıalılar kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlu idarə etdiyi avtomobil idarəetmədən çıxıb və təmir aparılan yolda yaranmış çalaya düşüb. Nəticədə sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.



