"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Saat dəyişikliyi problemi ilə bağlı – AÇIQLAMA

27 Oktyabr 2017 - 16:27
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saat dəyişikliyi problemi ilə bağlı
İki ildir Azərbaycanda saatlar geri və irəli çəkilməsə də, telefon və kompüterlərində saat dəyişikliyi problemini yaşayanlar hələ də var. Bu səbəbdən gedəcəyi yerə zamanında çata bilməyənlər az deyil.

Elchi.az xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Report-a bildirib ki, bu problemin yaşanması avadanlığın yenilənməməsi ilə bağlıdır: “İstifadə olunan bəzi proqram təminatları, əməliyyat sistemləri ilə çalışan avadanlıqlar var ki, onlarda köhnə əməliyyat sistemlərindən istifadə olunur və yenilənmə işləri aparılmayıb. İlk növbədə, istifadəçilər özlərinin istifadə etdikləri əməliyyat sistemləri və avadanlığı yeniləməlidir. Bundan başqa, vaxtilə müəyyən tarixdə saatın dəyişdiyini unudanlar üçün xəbərdarlıqlar olmalıdır. Mən özüm az qalsın bu məsələni unutmuşam. Yaxşı olar ki, aidiyyəti qurumlar əhaliyə xəbərdarlıq etsin. Bildirsin ki, yenə də bu problemlə üzləşə bilərsiniz və bu halda hansı addımlar atılmalıdır. Elektron Təhlükəsizlik Mərkəzi, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumlarının bu məsələ ilə bağlı xəbərdarlıq mesajları verməsi istifadəçilər üçün yaxşı olardı”.

O.Gündüz onu da əlavə edib ki, yeni bir əməliyyat sistemi, yeni avadanlıq olduğu halda saatla bağlı problem yaşanırsa, o zaman Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ona yardımçı ola biləcək qurumlar bu problemi həll etməlidir. Onun sözlərinə görə, komitə bu işləri həyata keçirən qurumlarla əlaqəyə girib, yeni standartlarla bağlı yeniliklərin öz əksini tapmasına nail olmalıdır: “Elə nəhəng ölkələr var ki, onların İKT bazarı bütün şirkətlər üçün cəlbedicidir. O ölkələr üçün şirkətlər hər şey edirlər. Amma Azərbaycan kimi balaca texnologiya bazarı olan ölkələr şirkətlər üçün cəlbedici deyil. Ona görə bu məsələdə biz özümüz maraqlı olmalıyıq. Bayaq dediyim dövlət qurumları dərhal hərəkətə keçməlidirlər və böyük şirkətlərlə işlər aparmalıdır”.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, əvvəllər Komitə Nazirlər Kabinetinin saatların çəkilməsi ilə bağlı qərarının icrasına nəzarəti həyata keçirirdi. Onun sözlərinə görə, qərar ləğv edildikdən sonra komitə ölçmələr və metrologiya sahəsində olan beynəlxalq təşkilatlara bu barədə məlumat verib, Azərbaycanın mövcud olduğu saat qurşağını müəyyən edib, vaxtın çəkilməyəcəyini bəyan edib: “Bu sahə üzrə olan beynəlxalq təşkilatların saytında Azərbaycanda vaxtın dəyişilmədiyi təsdiq olunub. İnformasiya Kommunikasiya sahəsində olan bəzi proqram şirkətlərinin bu sahədə lazım olan işi icra etməməsi ilə bağlı məsələ isə bizim səlahiyyətimiz çərçivəsində deyil”.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən isə məsələ ilə bağlı açıqlama yayılacağı bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın Sudandakı fəxri konsulu fəaliyyətə başlayıb

Next Post

Nazir: Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Nazir: Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir

“WhatsApp”dan növbəti yenilik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.