"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lənkəranskinin sərvəti “Lotu Quli”yə verildi- Kriminal aləmdə yeni qruplaşmalar yaranır

30 Oktyabr 2017 - 09:00
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

22 illik həbsdən sonra oktyabrın 24-də azadlığa buraxlan “qanuni oğru” Lotu Qulinin gələcək fəaliyyəti ilə bağlı ilginc iddialar irəli sürülür.

Cebhe.info xəbər verir ki, Rusiya mətbuatı hazırda İstanbulda olan Lotu Qulinin yaxın zamanda “kriminal dünya”nın ən yuxarı eşalonuna rəhbərlik uğrunda mübarizəyə başlayacağını yazır.
Mətbuatın yazdığına görə, “oğru aləmi”nin yuxarı eşalonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər “ümidlə” baxılıb. Bunlar Şakro Molodoy və Yaponçik olub. Bəzi ekstrasenslər iddia edib ki, Yaponçik Amerikada həbsdə yatdığı zaman onun yaddaşı silinib. Şakro isə İspaniyada uzunmüdətli həbsdən sonra Rusiyaya qayıtsa da azadlıqda çox qalmayıb və yenidən həbsə göndərilib.
Beləliklə, öz zamanında nə Yaponçik, nə də Kürd Şakro “oğru aləmi”nə rəhbərliyi birbaşa ələ ala bilib. Lotu Qulini isə onların hər ikisindən daha bir üstün cəhəti var – gəncliyi, 45 yaşındadır. Üstəlik Rövşən Lənkəranskinin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq Lotu Qulinin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşənin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə “müharibə vəziyyətindədir”.
Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur Lotu Quli ilə mübarizə meydanında təklənmiş durumdadır.
Xatırladaq ki, Lotu Quli 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən “taclandırılıb”.
Ancaq indi Lotu Qulinin daha bir problemi var. Ətrafındakı azərbaycanlı “oğru”lar bir-biri ilə yola getmir. Son illər azərbaycanlı “oğru”lardan heç bir öz əcəli ilə ölməyib. Onlardan ancaq Vaqif Lotu Qulinin ünvanına tənqid səsləndirməyib.
İndi bir çoxları Kürd Şakronun Lotu Quli ilə münasibətlərini izləyir.
Ekspertlər bildirir ki, yaxın zamanda kriminal aləmin ən qaynar nöqtəsi Abxaziya olacaq. Orda Lotu Qulinin Pıza ilə yekinlaşmamış söhbəti var. İndi bir çoxları Kürd Şakronun Lotu Quli ilə münasibətlərinin necə olacağını izləyir.
Onların ikisinin əməkdaşlığı barədə heç bir məlumat yoxdur, ancaq düşmən olmaları ilə bağlı da məlumat verilmir. Onların arasında heç bir ünsiyyətin olmadığı deyilir. Şakro daha çox Rövşənə “stavka” edib və bunu ancaq ona görə edib ki, Rövşən azadlıqda olub. İndi isə Şakro özü həbsdə, Lotu Quli azadlıqdadır. İndi ikisi arasında “körpü” rolunu Kaxa Parpaliyanın oyanayacağı deyilir. Ancaq bu körpü yox, dava da ola bilər. Şakronun ətrafından ancaq Kaxa Lotu Quli ilə mübarizə edəcək səviyyədədir.
Məlumdur ki, Lotu Quli öz klanını yaradacaq. Bu klanın milliyyət, yoxsa ərazi prinsipi ilə yaranacağı hələlik məlum deyil. Hazırda Qulinin ətrafında qardaşı Namikdən başqa bu şəxslər var – Puxliy, Kuner, Nika, Qoca, Maçi, Merab Pipiya. Məhz onlar klanın özülünü təşkil edəcək. Klana 2015-ci ildən Şakronun qadağa siyahısına düşən şəxslərin da qəbulu gözlənilir.
Lotu Qulinin həmin şəxslərə qoyulan qadağanı götürmək üçün Kürd Şakronun azadlığa çıxacağını gözləyəcəyini düşünmək əbəsdir. Rəşad və Roma Stavropolskinin adı bu sırada ilk çəkilir. Hər iki şəxs Şakronun qadağasına baxmayaraq Lotu Quli tərəfindən “oğru” adandırılıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İspaniya Azərbaycanın yolu ilə gedir? – Kataloniya məsələsində maraqlı gəlişmə

Next Post

Bu günə olan hava proqnozu

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bu günə olan hava proqnozu

Gənc oğlanı qatar vurdu - Siyəzəndə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.