Ərdoğan Bakıda Azərbaycan dilində atalar sözü dedi, hər kəs alqışladı (VİDEO)

Bunu da oxuyun

Ərdoğan Bakıda Azərbaycan dilində atalar sözü dedi, hər kəs alqışladı (VİDEO)
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.
Elchi.az baku.ws-ə istinadən xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dilində atalar sözü deməsi alqışlarla qarşılanıb.
Ərdoğan azərbaycanlıların məşhur bir atalar sözünü söyləyib: “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir”. Bu söz mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak edirlər.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728