"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Canavarlar kəndlərə niyə hücum edir?

31 Oktyabr 2017 - 13:24
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Canavarlar kəndlərə niyə hücum edir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi son zamanlar canavarların yaşayış məntəqələrinə hücum etməsi, belə halların çoxalması barədə səslənən fikirlərə münasibət bildirib.

Elchi.az xəbər verir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Trend-ə bu hadisələrin baş verməsinin əsas səbəbini açıqlayıb.

Mütəxəssis deyib ki, çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri önə çəkilir. Lakin bu hadisələr həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir: “Əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artdıqca da heyvanların yaşayış arealına müdaxilə olunur. Söhbət ondan gedir ki, canavarlar aclıqdan hücum etmirlər, onlar meşədə qidalanırlar, yaşayış məntəqələrinin və təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindəndir”.

R.Mirzəyevin sözlərinə görə, Azərbaycan 1999-cu ildə Avropanın Yabanı Flora və Vəhşi Faunasının Mühafizəsi üzrə Konvensiyaya qoşulub. Azərbaycanın həmin ildə də ratifikasiya edilən konvensiyanın öhdəliklərini yerinə yetirdiyini deyən R.Mirzəyev qeyd edib ki, sənədin əsas tələblərindən biri canavarların mühafizə edilməsidir.

Nazirlik rəsmisi əlavə edib ki, canavarların təqib edilərək ovlanması qanunvericiliyə ziddir. Belə hala yol verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur: “Buna baxmayaraq, canavar insana hücum edərsə, təhlükəli şərait yaranarsa, insan özünümüdafiə üçün son zəruri tədbir kimi həmin heyvanı məhv edə bilər. Bu halda cərimələnmə həmin şəxslərə şamil olunmur. Amma canavarı təqib etməklə vurmaq qanun pozuntusu hesab edilir”.

R.Mirzəyev qeyd edib ki, insanlar canavarların həyatları və təsərrüfatları üçün təhlükə yaratdığını hiss etdikdə, bununla bağlı ETSN-nin regionlarındakı yerli şöbələrinə, yaxud yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər. Bu halda nazirlik həvəskar ovçuları, bələdiyyə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrini cəlb etməklə, həmin ərazilərdə reydlər keçirə bilərlər. Bu reydlər canavarların ovlanması üçün deyil, onların xüsusi vasitələrlə ərazidən uzaqlaşdırılması üçün keçirilir: “Bu yaxınlarda Göyçay, İsmayıllı rayonlarının ekologiya şöbələrinə müraciət edilib. Yaradılan operativ qruplar tərəfindən ərazidəki canavarlar uzaqlaşdırılıb. Amma çox təəssüf ki, vətəndaşlar nazirliyə rəsmi müraciət etmirlər, canavarların hücumu barədə məlumatları mətbuata açıqlayırlar. Biz mətbuatdan oxuyuruq ki, hansısa təsərrüfata vəhşi heyvan hücum edib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Next Post

Bu rayonların hərbi komissarları dəyişdi

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Bu rayonların hərbi komissarları dəyişdi

Elman Rüstəmovdan manatla bağlı vacib — Açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.