Məmmədyarov Efiopiyaya getdi

>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olacaq.

Bunu da oxuyun

XİN-in mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin, Elmar Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına səfəri, Afrika İttifaqının sədri və komissarları ilə görüşləri nəzərdə tutulub.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728