
O uzun müddətdən sonra ilk dəfə Bakıya səfər edəcək.
Elchi.az xəbər verir ki, ağırlıq qaldırma üzrə ilk azərbaycanlı olimpiya çempionunun vətəninə gəlməsi barədə atası Əli Rəhimov Unikal.org-a danışıb:
“Nicat birisi gün Bakıda olacaq. 4 ildən sonra o, çoxdandır gəlmədiyi vətəninə ailəsiylə birlikdə qonaq olaraq gəlir. Gələn ayın 10-u gedib yenə qayıdacaq. Yanvarın 5-i təlim-məşq toplantısı baş tutacaq”.



