Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə hazırlaşır. Bu
barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.
barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.Onun sözlərinə görə, Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır.
Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.
Qeyd edək ki, neçə il öncə Jirinovski ənənəvi olaraq Azərbaycan xalqına və dövlətinə qarşı mənfi səciyyəli çıxış etdiyinə görə ölkəmizdə onun “arzuolunmaz şəxs” elan edilməsi barədə məsələ qaldırılmışdı.



