"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

KEÇMİŞ məsləhətçidən YENİ məsləhətçiyə məsləhət

15 Sentyabr 2014 - 14:12
in MÖVQE

Birdən səhv edib korrupsiyaya qarşı mübarizə apararsınız. Həmin andan etibarən həyatınızı qaraltmış olarsınız. Belə səhfə yol verməyin. İnventar və avadanlıqların dəyəri bazar qiymətindən 3 dəfə artıq yazılırsa deməli qiymət elədir. Sorğu sual etməyin dilinizi kəsərlər.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

goygolAktda yazılırsa ki, bu qədər pula mədəniyyət obyektlərinin pərdələri, xalçaları yuyuldu, elektrik naqilləri dəyişdirildi. Sənə nə? Nə olsun heç biri görülmədi? “Zato” sənədlərdə düzdür. Gərək görülə?

Biri vardı, biri yoxdu. Bir ağılsız vardı (həmin vaxt özünü ağıllı sayırdı). Ağlınca ağıllı çıxmışdı, durduğu yerdə haqsızlığa dözmədi və müdirinin qanunsuz əməllərinə qarşı çıxdı. Müdirə qarşı çıxmaq sən demə Allaha qarşı çıxmaqdan da betər imiş. Düz desən də, səhf desə də, verdiyi tapşırıq qanuni olsa da, olmasa da, gərək “oldu” deyib yerinə yetirəsən.

Axı hərbi xidmətdə belə bir qanun var: “əmr müzakirə olunmur, icra olunur”. Deyəcəksiniz ki, sən ki, dövlət qulluqçusu idin, hərbiçi deyildin? Dövlət qulluğu haqqında qanunda da deyilir ki, dövlət qulluqçusu ona verilən tapşırığın qanuna uyğun olmadığına əmindirsə, ona verilən əmri yerinə yetirməyə bilər. Nə fərqi var axı, ya hərbi, ya da Göygöl mədəniyyətində məsləhətçi.

Birdən səhv edib şöbə müdirinizə “qazet pulunu dövlət büdcədən ayırır, işçilərdən yığmağa ehtiyac yoxdur” deyərsiz ha, dilinizi qopardar. Etməyin heç vaxt. Birdən səhv edib şöbə müdirinizə “1380 manat Casper kompyuterinə verməkdənsə, 400 manatdan 3 ədəd Casper kompyuteri alaq, daha çox kompyuter olsun” deyərsiniz. Deməyin qayıdıb sizə “HƏRƏNİN ÖZ FAİZİ VAR” deyər. Utanarsınız. Pis olarsız. Caamatın “halal” qazancıdır.

Nə badə tabeçilikdə olan müəssisələrin bağlı olduğunu, işçilərin işə davamiyyətini yüksəltmək lazım olduğunu deyərsiz. Deməyin, “onsuzda xeyri yoxdur” deyər.

Müdiriniz işçilərə “azzz”, “əəə”, “allahvurmuş”, “ölüfdü munu”, “canıqı alaram ha” desə də gülməyin ha, sakitcə durun. Yaxşı edir deyir, ərk edir deyir. Bazar dili ilə danışmır.

Ən əsası müdiriniz korrupsioner, rüşvətxor da olsa heç vaxt ona rüşvətxor və korrupsioner deməyin. Xətrinə dəyər. Sizi 147 və 148-ci maddələrlə ittiham edər. Sizi xüsusi ittiham qaydasında məhkəməyə verər. Fakt deyirəm ki, 3 iyun 2013-cü il tarixli aktda inventar və avadanlıqların qiyməti 3 dəfə artıq yazılıb. Şöbədə keçirilən maliyyə əməliyyatlarının hər birində eyni qaydada yeyinti mövcuddur. Heç vaxt görülməyən işlərə görə “ƏDİRƏF” MMC-nin hesabına pul köçürülür. Pul bölüşdürülməsi üstündə dəfələrlə “ƏDİRƏF” MMC-nin sahibi Fəridə Allahverdiyeva arasında narazılığın şahidi olmuşam.

Mən KİV də demişəm ki, nazirliyi nüfuzdan salmaq korrupsiya faktları barədə müraciət etmək deyil. Nazirliyi nüfuzdan salmaq 2013-cü ildə gələn yoxlamanı yola salarkən, yoxlamaya işçilərin gözü qarşısında səbətlərlə pay verib yola salmaqdır. Bax budur nazirliyi nüfuzdan salmaq.

Ölkə Prezidenti cənab İlham Əliyevə və digər aidiyyatı qurumlara müraciət edirəm. Mən ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək olduğum üçün işdən azad edildim. Mübarizəni davam etdirdiyim üçün, Şərqiyyə Hümbətovanın korrupsiya əmələrini açmaqda davam etdiyim üçün həbs edilmək üzərəyəm.

Göygöl Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın mənim başıma gətirdiyi bu oyunlardan sonra, bunu bilən, eşidən heç kəs korrupsiyaya qarşı mübarizə aparmayacaqdır. Çünki mən korrupsiyaya qarşı mübarizəyə dəstək olduğum üçün həm işimdən, həm də belə getsə gənc yaşımda azadlığımdan məhrum olacam.

Şahin Məmmədov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qərb sanksiyalarla Rusiyanın gücünü yoxlayır”

Next Post

Jirinovski jurnalist qızı hamama apardı – VİDEO

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Jirinovski jurnalist qızı hamama apardı - VİDEO

ABŞ Konqresi Türkiyəni "terroru dəstəkləyən" ölkə adlandırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.