"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əlillərlə bağlı qanun dəyişir

15 Noyabr 2017 - 16:27
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Əlillərlə bağlı qanun dəyişir
Milli Məclisdə ölkədə qeyri-qanuni əlillik status daşıyanlar və bəzi əlillərin sosial müavinət baxımından incidilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.

Elchi.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edən millət vəkili Yaqub Mahmudov bildirib ki, ölkədə həddən artıq Qarabağ müharibəsi əlili və digər qruplardan olan əlil statusu daşıyan şəxslər var.

Deputat iddia edib ki, bir çox şəxsə bu status qeyri-qanuni verilib və bunun qarşısı alınmalıdır: “Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da Qarabağ müharibəsində yaralanıb. Nazir Səlim Müslümova müraciət edirəm ki, bunun qarşısı alınsın. Bu, həm büdcə məsrəfidir, həm də həqiqi əlillərimizlə müqayisədə düzgün münasibət deyil”.

Bundan başqa, Y. Mahmudov bildirib ki, bəzi həqiqi əlillərin sosial dəstək baxımından incidilməsi faktları var və bu cür halların qarşısı alınmalıdır.

Deputat Aytən Mustafayev də əlillərlə bağlı narahatlıq olduğunu və bu məsələyə ciddi yanaşılmasının vacibliyini bildirib: “Əlillərin müavinətləri artırılmalıdır. Bundan başqa, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır. Əlillərə 50 manat müavinət verilir. Bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bu kimi hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astaradan ailə müraciət edib. Bu ailənin bütün üzvləri lal və kardır. Amma orada oxumağa məktəb yoxdur. Lal və ya kardır deyə işləyə bilməzmi? Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Birinci özümüzdən başlamalıyıq”.

Deputatlara cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov etiraf edib ki, əksər qurumlarda bu cür şərait yoxdur: “Özümü tərifləmirəm, mən özüm nazir gələnə qədər heç Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə də əlillərin girişi və çıxışı üçün şərait yox idi. Dərhal göstəriş verdim və bu artıq həll olundu. Bütün orqanlara, təşkilatlara da məktub göndərmişik ki, binaların giriş-çıxışında əlillər üçün xüsusi şərait yaradılsın. Bununla bağlı qanunvericiliyə dəyişiklik də hazırlanıb və hazırda baxılması üçün Prezident Administrasiyasına təqdim olunub”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həbs cəzasından azad ediləcək narkomanların müalicə qaydaları açıqlandı

Next Post

Azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi qaydaları məlum oldu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi qaydaları məlum oldu

Azərbaycan və Braziliya xarici işlər nazirlərinin görüşü keçirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.