Zəlzələnin yaratdığı fəsadlar – Fotolar

Bunu da oxuyun

>

Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır.

Elchi.Az xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-ya bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb.

Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar Musayev APA-ya deyib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Bərdə rayon İH-dən isə bildirilib ki, yeraltı təkan nəticəsində rayon ərazisində heç bir fəsad qeydə alınmayıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728