Zimbabvedə hərbçilər prezident Robert Muqabenin yaxın ətrafına daxil olan bir neçə nəfəri həbs ediblər.
Elchi.Az Report-a istinadən xəbər verir ki, hazırda hərbçilər ölkə paytaxtı Harareyə nəzarət edirlər.
“Əməliyyatlar nəticəsində çox əhəmiyyətli uğurlar əldə etdiyimizi bildirmək istəyirik. Biz cinayətkarların bəzilərini tutmuşuq, təəssüf ki, onların bir neçəsi gizlənib”, – hərbçilər bildiriblər.
Həbs olunanların siyahısı açıqlanmasa da, onların prezident Robert Muqabenin yaxın ətrafına daxil olan şəxslər olduğu qeyd edilib.



