Yay gəlməzdən hamımız artıq çəki ilə mübarizə aparır, dənizdə çox cazibədar görünmək üçün pəhrizlə dostlaşırıq. Dünya ulduzları daha çox diqqət mərkəzində olduqları və çimərlikdə paparazzilərin fotokameralarına tuş gəlib tənqid atəşinə hədəf olmamaq üçün bədənlərinə daha çox fikir verirlər.
Məsələn, Beyonse hamiləlikdən sonra əvvəlki bədən quruluşuna qayıtmaq üçün çox “çapaladığını” etiraf edib. “Mən hər kəsə göstərmək istəyirdim ki, ana olmağına baxmayaraq, ideal bədən ölçülərinə sahib ola bilərəm. Buna görə, vegeterian pəhrizi saxladım. Həmçinin idmanla ciddi şəkildə məşğul olurdum”.
























