İngiltərənin “Çelsi” klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda noyabrın 22-də “Qarabağ”a qarşı keçirəcəyi oyun ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib.
Elchi.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu səbəbdən komandanın bu gün saat 15:00-da start götürəcək məşq prosesinə 150 polis və 20 stüart cəlb olunub.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.



