“Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertin məbləğini hər il azaltmağa başlamalıyıq”.
Elchi.Az Report-a istinadən xəbər verir ki, belə bir təkliflər parlamentin bugünkü plenar iclasında deputat Vahid Əhmədov çıxış edib.
Millət vəkili “qan pulu” ilə bağlı əlillərin narahatlıqlarını da səsləndirib: “Məbləğin böyük olduğunu bilirəm. Hökumətdən xahiş edirəm ki, bu məsələyə baxsın. Birdəfəlik olmasa da, hiss-hissə həll olunsun”.
Deputat Əli Məsimli isə bildirib ki, əlillərin müavinətinin artırılmasına ehtiyac var: “Pensiya almaq üçün staj artırılıbsa, hər ilə görə pensiyanın artırılması rəqəmini də yüksətlmək lazımdır”.



