
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb.
Diqqətə çatdırılıb ki, Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi son vaxtlar genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub.
***
Bu gün Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.
Qeyd edək ki, Azərbaycan prezidentinin dünə imzaladığı sərəncama əsasən, Sabirabadda sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.
***
Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib.
Dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə prezident İlham Əliyevə məlumat verib.



