
Elchi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Muxtariyyə kəndində hələlik markası və sürücüsünün kimliyi məlum olmayan avtomobil yolu keçmək istəyən iki qadını vurub. Qadınlar aldıqları xəsarətdən hadisə yerində ölüblər. Avtomobil hadisə yerindən qaçırılıb.
Məlumata görə, qadınlar istixanada işləməyə gedirlərmiş.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



