
Elchi.Az Ölkə.Az-a istinadən xəbər verir ki, gəmi “Khalij Fars”, yəni fars körfəzi adlandırılacaq.
Açıqlamaya əsasən, gəminin uzunluğu 135, eni isə 16 metr olacaq. 6.500 ton yükdaşıma qabiliyyətinə malik gəmi 8 min mil (dəniz ölçü vahidi) məsafədə 25 knot (dəniz sürət göstəricisi) sürətlə hərəkət edəcək. Gəmidə 230 donanma tələbəsi təlim keçəcək.
Gəmidə 4 gəmi əleyhinə raket və helikopter meydançası olacaq. “Tasnim” agentliyi bildirir ki, gəminin inşasına 2012-ci ildə başlanılıb. Yeni hərbi gəmi İranın donanma günündə təqdim ediləcək.



