
Elchi.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Emmerson yüksək rütbəli hərbçiləri nazir postlarına təyin edib.
Zimbabve hərbi hava qüvvələrinin sabiq komandanı Perens Şiri ölkənin kənd təsərrüfatı və torpaq işləri naziri olub. General Sibusiso Moyo isə xarici işlər naziri təyin edilib. Bundan başqa sabiq prezident Roberto Muqabeyə qarşı çıxış edən hərbçi veteranlar assosiasiyasının nümayəndələrinə də hökumətdə yer verilib.
Qeyd edək ki, Mnanqaqva ötən həftə and içərək ölkə prezidenti olub.



