Təhsil Nazirliyi (TN) ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədilə araşdırdığı müraciətlərin sayını açıqlayıb.
Elchi.Az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədilə 2834 müraciəti icraata qəbul edib.
TN-dən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.



