"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəhid qızını maşınla öldürən yeniyetmənin atası — “Oğlum 1 il yatmayıb çıxacaq”

05 Dekabr 2017 - 09:20
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Şəhid qızını maşınla öldürən yeniyetmənin atası
Qədimova: “Deyir ki, mənim oğlum 1 il də yatmayıb çıxacaq”

Elchi.az moderator.az-a istinadən xəbər verir ki, şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli saxlanılıb. 3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimova qəzetimizə açıqlamasında demişdi ki, qızının ölümü ilə nəticələnən qəzanı törədən sürücünü istintaqdan yayındırırlar. Şəhid yoldaşının şikayəti qəzetdə dərc olunandan sonra sürücü Rəhim Rəhimov saxlanılıb.

Bəsti Qədimova deyir ki, Bakı Şəhər Prokurorluğunda olarkən ona deyiblər ki, Rəhim Rəhimovu həbs ediblər: “20 gün idi ki, axtarışda idi, müstəntiq onu tapmırdı. Qəzetlərə şikayət etdim, Rəhim Rəhimovu tapdılar. Mən müstəntiqin yanına getdim, başladı ki, niyə gedib qəzetlərə danışmısız?”

B.Qədimova deyib ki, hüquq-mühafizə orqanında R.Rəhimovun valideyni Akif Rəhimov onunla çox sərt danışıb: “Rəhimin atası Akif Rəhimov polis bölməsində elə danışdı ki, sanki mənim övladım onun uşağını vurub öldürüb. Deyir ki, sənin qızın yolu oradan niyə keçirdi ki, mənim oğlum da onu maşınla vursun. 17 yaşlı sürücülük vəsiqəsi olmayan oğluna maşını verib, indi bizi də günahkar çıxarır. Deyir ki, nə olsun ki, mənim oğlumun ”pravası” olmayıb, buna görə 600-700 manat cərimə var də. Akif Rəhimov oğlunun etdiyi hərəkətə haqq qazandırır. Belə çıxır ki, bu gün uşağı buraxacaqlar, bu da 600-700 manat cərimə ödəyəcək və gedib daha bir adamın üstündən maşınla keçəcək?

Akif Rəhimova dedim ki, müsəlman deyilsiz? Bir gün də gəlib qapımı döyüb demədiniz ki, Allah rəhmət eləsin. Özlərini elə aparırlar ki, sanki bunlar yüksək təbəqənin insanlarıdır, bizlər də bunların nökərləriyik. Bizlər ali savadlı adamlarıq. Bunlar elə bilirlər ki, savadı olmayanı əzib keçmək olar. Bu adamların düşüncəsi, davranışları adamı dəhşətə gətirir. Akif Rəhimov mənə deyir ki, mənim oğlum oxuyub diplomat olacaqdı. Adam nəzərə almır ki, mənim qızımı vurub öldürüb. Mənim uşağım dünyadan köçüb, bu adamın oğlu vurub, mənim qızımı öldürüb. Amma mənimlə elə danışırlar ki… Deyir ki, mənim oğlum 1 il də yatmayacaq, çıxacaq. Onun 17 yaşı var, niyə həbsə getməlidir? Dedim ki, oğlunu qudurtmazdın, 17 yaşında altına tank boyda maşın verib şəhərin küçələrinə buraxmazdın. Bu hadisənin baş verməsində birinci günahkar elə sənsən. Qızımı hadisə yerində qoyub qaçmasaydılar, bəlkə də bu gün sağ olardı”.

Qeyd edək ki, B.Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.

Hazırda qəza ilə bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Vüqar Abbasov istintaq aparır. B.Qədimova istintaqın gedişindən narazı olduğunu da bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün İtaliyada “Roma” “Qarabağ”ı qəbul edəcək

Next Post

Azərbaycan diaspor rəhbərinin oğlu faciəli şəkildə həlak oldu — Rusiyada

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycan diaspor rəhbərinin oğlu faciəli şəkildə həlak oldu — Rusiyada

“12 yaşlı intihar edən məktəblinin qatilləri xurafat yayan mollalardı“

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.