Qətərdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gülməli vəziyyətə düşüb.
Məlumata görə, Qətərdə ölkənin əmiri Şeyx Temim bin Hamad əl-Sani tərəfindən rəsmi mərasimlə qarşılanan Ərdoğan onun şərəfinə düzülmüş əsgərləri salamlamaq istəyib. Belə ki, Türkiyə prezidenti protokol qaydalarını unuduraq bir müddət dayanıb.
Qətərdə rəsmi mərasimlərdə əsgərləri salamlamaq nəzərdə tutulmadığından bu zaman Şeyx Temim bin Hamad Ərdoğana müdaxilə edib. Onun “buyurun” işarəsi ilə Ərdoğan da yoluna davam edib (ANS).



