"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Keçmiş MTN generalı apellyasiya şikayəti verdi

11 Dekabr 2017 - 11:02
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Keçmiş MTN generalı apellyasiya şikayəti verdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Elchi.az-ın “Report”a istinadən xəbərinə görə, MTN-in sabiq əməkdaşlarının şikayəti Bakı Hərbi Məhkəməsi vasitəsi ilə araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək.

Hər iki şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb edirlər. Həmçinin E.Quliyev müsadirə olunması üçün üzərinə həbs qoyulmuş əmlaklarının da özünə qaytarılmasını istəyir.

E.Quliyev və A.Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib

E.Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyirinə müsadirə edilməsi barədə də qərar qəbul olunub.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft ucuzlaşdı

Next Post

Bank sektorunun xalis mənfəəti məlum oldu — RƏQƏM

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bank sektorunun xalis mənfəəti məlum oldu — RƏQƏM

Ramil Səfərovə yeni rütbə verildi — FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.