"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vaqif Səmədoğlu: “Ölümdən zərrə qədər də qorxmuram” – (Fotolar)

16 Sentyabr 2014 - 23:13
in FLƏŞ, GÜNDƏM, MƏDƏNİYYƏT

Böyük şair və dramaturq Vaqif Səmədoğlunun 75 illik yubileyi keçirildi. Bu dəfə Nizami Gəncəvi64182_src (1) adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Tədbirə tanınmış elm və mədəniyyət xadimləri də qatılıblar.

Tədbir çərçivəsində, həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş seçmə şeirlərindən ibarət kitabının da təqdimat mərasimi keçirilib. Şairin sözlərinə yazılan mahnılar səslənib.

Vaqif Səmədoğlunun tədbirdə çıxışından:

– İndi 75 yaşındayam. Mən yaşda çox az şair qalıb. Mən indi çox yaşamaq, çox yazmaq istəyirəm və həyat yoldaşım Nüşabə xanımı günbəgün daha çox görmək istəyirəm. Həyatım elə gətirdi ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə qismət oldu. Hələ uşaqkən, 51-ci ildə Moskvada olanda Stalini görmüşəm.

Azərbaycanda mən yaşda nadir adam olar ki, “Boris Pasternakla araq içdiyini”, Fadeyevlə, İlya Erenburqla görüşdüyünü desin. İndiki klassiklərin əksəriyyəti bizim evə gəlib-gedib, çoxuna əmi demişəm. Mənim həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında keçib. Təsəvvür edin, dəhlizlərlə gedirsən və içindən keçirirsən ki, burdan Çaykovski, Raxmaninov keçib.

Son vaxtlar əlim nə fortepianonu tutur, nə də qələmi. Yazmaq mənə çətindir. Bir neçə dəfə cəhd etdim ki, xatirələrimi diktafona danışım, o da alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan bir yaxşı, səni sevindirən bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin belə qəddarlığı, sualların artması, cavabların tükənməyi məni incidir. Daha heç bir suala cavabım yoxdur.

Bu yaxınlarda Parisdən dostum, məşhur gürcü kinorejissoru Otari İoseliani mənə zəng etdi, o ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstanda kapitalizm olsun və dəstəyi asdı. Kapitalizm uğrunda milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya da dəhşətli, cavabsız sual imiş. Deməyə sözlər çoxdur, ancaq o sözlərin qarşısını “xərçəng” adlanan bir açar bağlayıb, yaxşı ki, düşünməyə mane ola bilmir, arzulara mane olmur. Ölümdən qətiyyən qorxmuram, səmimiyyətimə inanın, zərrə qədər də ölümdən qorxmuram, çünki mən onu tanımıram.

azadliq.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Moldovaya qarşı müharibəyə başladı – (NATO-dan sensasion bəyanat)

Next Post

MDB nümayəndələri Naxçıvanda

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

Next Post

MDB nümayəndələri Naxçıvanda

Prezidentlər razılıq verdilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.