
Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.
Elchi.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə açıqlamasında bildirib ki, hadisəyə Bakı Dəmir Yol Vağzalındakı yarıımstansiyadakı transformatorda yaranan problem səbəb olub:
“Dünən axşam saatlarında həmin transformatora pişik daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb”.



