1600 yerlik dayanacaqda bütün avtomobillər yandı

>

 

Bunu da oxuyun

İngiltərənin Liverpul şəhərində 1600 yerlik avtomobil dayanacağı yanıb.

AzNews.az-ın məlumatına görə, yanğın nəticəsində dayanacaqda olan bütün avtomobillər yanıb.

Hadisə atların beynəlxalq sərgisinin keçirildiyi “Echo Arena” əyləncə meydançasında baş verib. Yanğın nəticəsində sonuncu – dördüncü şou ləğv edilib və heyvanlar təxliyə olunub.

Yerli sakinlər tüstünün yayılması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

İlkin araşdırmalara görə, yanğın avtomobillərin birində başlayıb, daha sonra isə digər avtomobillərə keçib. Nəticədə, dayanacaqda olan bütün avtomobillər yararsız vəziyyətə düşüb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728