
Ukrayna ABŞ-dan öldürücü silahlar alacaq.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko deyib.
O, “Twitter” səhifəsində yazıb: “2018-ci ildə ABŞ-dan öldürücü müdafiə silahı alacağıq”.
Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ştatların Dövlət Departamentindən Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün müdafiə silahlarının tədarük edilməsi barədə qərar qəbul etdiklərini bildirmişdilər.



