Ərəblər Bakıda otel biznesinə girişir

>

Bunu da oxuyun

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanırlar.

Elchi.az “abc.az”-a istinadən xəbər verir ki, təkliflər əsasən Qətər və İraq vətəndaşlarından daxil olur.

Bildirlir ki, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır. Onlar öz turistlərinə otellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu da əsas səbəblərdən biridir.

“Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi otellər artıq satışa çıxarılıb”, – deyə, Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib. O, həmin otellərin adlarını açıqlamaq istəməyib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728