Bu xəstəliyə yoluxan yüz nəfərdən səkkizi ölür

>

Bunu da oxuyun

Avropa ölkələrində qızılca xəstəliyinin geniş yayılması Azərbaycanda da bu xəstəliyə yoluxma təhlükəsini yenidən gündəmə gətirir.

Qızılca epidemik, yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma riski uşaqlarda daha yüksəkdir.

Elchi.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Oxu.Az-a qızılca xəstəliyi ilə bağlı ətraflı məlumat verib.

Baş pediatr qızılcanı qorxulu xəstəliklərdən biri hesab edir:

“Xəstəliyə yoluxan yüz nəfərdən səkkizi dünyasını dəyişə bilər”.

N. Quliyev bildirib ki, qızılcanın xüsusi müalicəsi yoxdur, onun spesifik profilaktikası var, o da vaksinasiyadan ibarətdir:

“İnsana xəstəliyə qarşı iki dəfə peyvənd vurulur, bundan sonra xəstəliyə qarşı bədəndə immunitet yaranır. Peyvənd olunmayan hər bir şəxs qızılcaya yoluxa bilər”.

Baş pediatr qızılca xəstəliyinin əlamətlərini də açıqlayıb.

Mövzu ilə əlaqədar videosujeti təqdim edirik:

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728