İran prezidenti Həsən Ruhani bəyan edib ki, “İraq Şam İslam Dövləti” terror təşkilatı bütün bəşəriyyəti məhv
etmək istəyir.Elchi.az xəbər verir ki, məlumatı “NBC News” yayıb.
etmək istəyir.Elchi.az xəbər verir ki, məlumatı “NBC News” yayıb.“İslam prinsipləri və mədəniyyəti baxımından günahsız insanları öldürmək bütün bəşəriyyəti məhv etməyə bərabər tutulur. Günahsız insanların öldürülməsi, başının kısilməsi bütün insanlar və bəşəriyyət üçün kədərlidir”, – Ruhani deyib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın bildirdiyinə görə, İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya 40-dan çox ölkə qoşulub.



